Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş başlıqlı 73mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində aşkar edilən 1 ədəd “UZRQM-2” tipli əl qumbarası başlığı Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik işləri üzrə mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.












jpg-1673070411jpg-1673247265jpg-1673331047jpg-1673848331jpg-1673933791%20(1)jpg-1674542439jpg-1674712752jpg-1674799385jpg-1674885716.webp)





