• Bakı 16° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Naxçıvana yeni rəis təyin olundu

CƏMİYYƏT

28 Yanvar 2023 | 19:07

Naxçıvana yeni rəis təyin olundu

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Qeyd edək ki, Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur. /Qafqazinfo


SON XƏBƏRLƏR