• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Can alan yol qəzaları niyə artır? – Ekspert SƏBƏBLƏRİ AÇIQLAYIR

CƏMİYYƏT

27 Fevral 2023 | 17:13 | Müəllif: Qalib İbrahimoğlu

Can alan yol qəzaları niyə artır? – Ekspert SƏBƏBLƏRİ AÇIQLAYIR

Son zamanlar maşın qəzası, piyadaların vurulma halları xeyli artıb.

Bakıvaxtı.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həftəsonu avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Maraqlıdır, problem piyadada, sürücüdə, yoxsa yol hərəkət nişanlarındadır?

Nəqliyyat eksperti Eldəniz Cəfərovun Bakıvaxtı.az-a dediyinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, piyadaların vurulma hallarının çoxalmasının əsas səbəbi yol hərəkəti iştirakçılarının bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır: “Digər səbəb isə yol infrastrukturunun bərbad olmasıdır. Qaranlıq, işıqlandırılmayan, çala-çuxur yollar, yol nişanlarının, piyada keçidlərində xəbərdaredici nişanların olmaması, qaranlıq piyada keçidləri və s. bunların hamısı öz mənfi rolunu oynayır. Eyni zamanda, nasaz, əyləc sistemi yaxşı işləməyən avtomobillət qəzalara səbəb olur”.

Ekpert ötən illər ərzində müəyyən müşahidələr apardığını qeyd edib: “Müşahidələrdən belə nəticəyə gəlmişdik ki, xüsusən Azərbaycanda çəkilən piyada keçidləri çox təhlükəli yerlərdə - qəfil döngələrdə, enişdə, yoxuşda, qaranlıq yerlərdə qoyulub. Sürət həddi 60, hətta 80, 90 olan yerlərdə belə piyada keçidlərinin qoyulmasının şahidi olmuşuq. Həmin piyada keçidinə 150 metr qalmış hər hansı xəbərdaredici nişanların olmaması piyadaların vurulmasına gətirib çıxarır”.

E.Cəfərov hesab edir ki, Azərbaycandakı bütün piyada keçidlərinin infrastruktur olaraq təkmilləşdirilməsinə ehtiyac var: “Paytaxt Bakının özündə belə piyada keçidlərini normal səviyyəyə gətirib çıxara bilməmişik, o ki qaldı bölgələrimizdə.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026