• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ARTIB

CƏMİYYƏT

29 Mart 2023 | 17:11

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ARTIB

Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1 % artaraq 148,3 milyon manat olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olmuşdur ki, bu da, ümumi dövriyyənin 85 %-ini təşkil edib.

Xatırladaq ki, ümumilikdə ölkədə ictimai iaşə dövriyyəsi real ifadədə 22 % artaraq 255,5 milyon manat olub.


SON XƏBƏRLƏR