• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazıldı - VİDEO

CƏMİYYƏT

21 May 2024 | 14:42

Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazıldı - VİDEO

Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb.

Bakıvaxtı.az xəbər verir ki, himin sözləri Aydın Tağıyev, bəstəkarı Camal Qurbanovdur. İfa isə Xor, "Kingistar production"a məxsusdur. Himnin sözlərini sizə təqdim edirik:

"Real Aykido Marşı - Rəsmi Himni"

Qalib vətənin soydaşıyıq biz!
Gücdən güc alan igidlərik biz!
Master adımız, tükənməzik biz!
Sağlamıq, qüvvətliyik biz!
Real arzulara yaxın olun siz!
Gəlin sıramıza daim yüksələk biz...

Məşq edək, daynmadan!
Qalib olaq komandan tək usanmadan!

Yeni-yeni qələbələrə, hünərlərlə, kəmərlərlə,
Gəlin birgə addımlayaq zəfərlərə!

Azərbaycan Real Aykido İdman Klubu Beynəlxalq Real Aykido Federasiyasının Azərbaycanda yeganə rəsmi təşkilatıdır. Klubun prezidenti Fariz Abdullayev eyni zamanda Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti vəzifəsindədir. Beynəlxalq dərəcəli 5-ci DAN qara kəmər ustasıdır. Bakı və Sumqayıt ərazilərində 12 klub fəaliyyət göstərməkdədir. Hazırda 300-dən çox idmançı 9 iyun tarixində keçirilməsi nəzərdə tutulan Real Aykido özünümüdafiə sənəti üzrə "10-cu Beynəlxalq Seminar və Kəmər imtahanı" da güclərini sınayacaqlar. Ümümilikdə isə Master Fariz Abdullayev 2008-ci ildən məşqçi kimi fəaliyyətə başlamış və indiyədək 2000-dən çox insanın idmanla məşğul olmasına səbəb olmuşdur.

Xatırladaq ki, Aydın Tağıyev "İlk Zəfər marşı", "Vətən Marşı", “Cənab Ali Baş Komandan” tarixi əsərinin müəllifi, "Fədakaralar bir amalın uğrunda",(Red not: Bu Kitab Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub), "Böyük zəfərin 101 şəhidi" kitabı, Beynəlxalq Real Aykido Federasiyasının "Himn"i müəllifidir. 10 ildən çoxdur ki, Azərbaycan həqiqqətlərin 10 dildə dünya mətbuatına yazır. "Qarabağ həqiqətləri 1992-2020" layhəsinin rəhbəri, "Qızıl medal" mükafatçısı, eləcə də hal-hazırda davam edən "Vətən" layhəsinin rəhbəridir. ANmedia.az informasiya portalının, "Əsrin aydınları" jurnalının, "Əsrin Aydınları mükafatının həmtəsisçisidir. Azərbaycan Yazıçılar Birliynin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, araşdırmaçı yazardır.


SON XƏBƏRLƏR

26 Iyul 2024