• Bakı 18° C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

İrandakı səfirliyimizə hücum edən şəxs EDAM OLUNDU

HADİSƏ

21 May 2025 | 09:46

İrandakı səfirliyimizə hücum edən şəxs EDAM OLUNDU

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, ötən ay İranın Məhkəmə-Ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirib. 

Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Belə ki, Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR