• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Gözləri görmədən qətl törətmişdi - 15 il cəza verildi

HADİSƏ

19 Iyun 2025 | 15:47

Gözləri görmədən qətl törətmişdi - 15 il cəza verildi

Lökbatanda tanışını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan iki gözdən əlil Qulu Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Vüqar Seyidovun sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, 43 yaşlı Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək. 

Qətlə yetirilən şəxsin hüquqi varisinin şikayətçi olmaması yüngülləşdirici hal hesab edilib. 

Qeyd edək ki, 43 yaşlı müttəhim tanışı Xanlar Əmirova şəxsi münaqişə zəminində ardıcıl bir neçə bıçaq zərbəsi vurub. 41 yaşlı zərərçəkmiş hadisə nəticəsində ölüb. Məhkəmədə məlum olub ki, Qulu zərərçəkmişi qısqanclıq zəminində qətlə yetirib. O, mərhuma 10-dan çox bıçaq zərbəsi vurub. Tərəflər arasında əvvəllər də bu və digər səbəblərdən mübahisələr baş verib, bundan əvvəl də qardaşı və yeniyetmə oğlu zərərçəkmişi döyüblər.


SON XƏBƏRLƏR