Azərbaycan, Türkiyə və Türkmənistan ticarət, enerji, nəqliyyat, iqtisadiyyat, gömrük, təhsil, elm və mədəniyyət sahələrində konkret addımlar atacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avazada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünə dair açıqlamasında bildirib.
O qeyd edib ki, üç ölkənin əməkdaşlığı həm də regional rifah və təhlükəsizliyə töhfə verəcək.
















