• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paşinyanın “BMT sülhməramlıları arzusu”: Bu da niyyət olaraq qalacaq

SİYASƏT

12 Yanvar 2023 | 11:37 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyanın “BMT sülhməramlıları arzusu”: Bu da niyyət olaraq qalacaq

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci ildə Rusiya kontingentinin mandatı başa çatdıqdan sonra İrəvanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciət edəcəyini söyləyib.

Maraqlıdır, BMT Qarabağda sülhməramlı kontingenti yerləşdirə bilərmi?

Deputat Sahib Alıyev Bakıvaxtı.az-a bildirib ki, hər hansı bir ölkəyə BMT mandatı altında iki halda beynəlxalq qüvvələr gətirilə bilər:

“Birinci halda torpağına beynəlxalq qüvvələr yeridiləcək ölkənin özü buna izn verməlidir, yaxud da onun razılığı olmadan BMT Təhlükəsizlik Şurası belə bir qətnamə çıxarmalıdır. Ölkə isə iki halda buna buna izn verir. Birincisi, beynəlxalq qüvvələrin yeridilməsinin nəzərdə tutulduğu torpaqlarda özü təkbaşına təhlükəsizliyi təmin etmək gücündə deyil, yaxud da o ölkənin rəhbərliyi xarici təsirlərə yatımlıdır. Azərbaycan Prezidentinin polad iradəsini, necə bir qətiyyətli lider olduğunu və bizim Qarabağdakı qüvvələrin oradakı hər bir təhlükəni çox qısa bir zamanda aradan qaldıra biləcəyini nəzərə alsaq sözü gedən variant mümkünsüzdür”.

Sahib Alıyev: Qarabağa hansı ad altında olur-olsun beynəlxalq qüvvələrin yeridilməsinin qəti əleyhinəyik

Deputatın sözlərinə görə, aydındır ki, Qarabağ məsələsinin beynəlmilləşdirilməsinin nə dərəcədə ağrılı proses olduğunu Minsk qrupu həmsədrlərinin xudbincəsinə davranışlarından yaxşı bildiyimizdən biz Qarabağa hansı ad altında olur-olsun beynəlxalq qüvvələrin yeridilməsinin qəti əleyhinəyik:

“Az öncə vurğuladığım kimi, buna ehtiyacımız da yoxdur. Ona görə də haylar da, onlardan geosiyasi alət kimi istifadə edənlərin də bir hissəsi, ilk növbədə də qərbdəkilər Qarabağada guya hayların dözülməz şərait, etnik təmizləmə təhlükəsi ilə üzləşdikləri görüntüsü yaratmağa çalışırlar və çalışacaqlar ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycandan iznsiz ora beynəlxalq qüvvələr yeritmək haqqında qətnamə qəbul üçün əlində əsası olsun. Fransanın dekabr ayında BMT-dəki səyləri bu yöndə edilən amma fiaskoya uğrayan cəhdlərdən biri idi. Gələcəkdə də belə cəhdlər olacaq. Amma Azərbaycanın yeritdiyi effektli xarici siyasət, vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın yolundakı aksiyaları kimi incə davranışlar, uğurlu yumşaq güc tətbiqi bunu deməyə əsas verir ki, haylarla havadarlarının bu niyyətləri də niyyət olaraq qalacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR