• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Vardanyan üçün o gün yetişib: Ya qaçmalıdır, ya da...

SİYASƏT

09 Fevral 2023 | 12:50 | Müəllif: Qalib İbrahimoğlu

Vardanyan üçün o gün yetişib: Ya qaçmalıdır, ya da...

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb.

Məlumata görə, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Mübariz Göyüşlü bildirib ki, Ruben Vardanyanı gec-tez bu aqibət gözləyir: “Çünki nəinki Qarabağ, hətta Ermanistan üçün belə yad olan, cinayətkar, qəbuledilməz, qeyri-qanuni yollarla milyonlar toplayıb sərvət qazanmış bir şəxsin birdən birə gəlib Qarabağda seperatçı rejimə dəstək olaraq “siyasi fəaliyyət”ə başlaması qəbul edilən bir hal deyil. Azərbaycan da birmənalı şəkildə bəyan etdi ki, bu şəxsi tanımır və heç bir halda bu şəxslə danışıqlara gedilməyəcək. Buna baxmayaraq, Rusiya vətəndaşı olub formal olaraq vətəndaşlıqdan çıxarılan, cinayətkar yollarla varlanmış bu şəxs öz çirkin əməllərini davam etdirir”.

Politoloqun sözlərinə görə, bəlkə də, bu və bunun kimi seperatçı şəxslər olmasa, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını alıb Azərbaycan qanunları və bayrağı altında dinc yaşamağı seçə bilərlər: “Amma Vardanyan və ona dəstək verən Rusiyanın müəyyən qüvvələri bu prosesin qarşısını alırlar. Azərbaycan bu məsələdə çox ciddi şəkildə təyziqlər edir. Azərbaycanın tələbi Vardanyanın Qarabağdan rədd olmasıdır. Düşünürəm ki, bu tələb gec-tez yerinə yetiriləcək. Bu adam ya qaçacaq, ya da qaçmağa məcbur ediləcək”.

M.Göyüşlü qeyd edib ki. istənilən halda, bu şəxsin Qarabağdakı fəaliyyətinə son qoyulacaq.

“Vardanyan üçün o gün yetişib, uzaqda deyil. 44 günlük müharibənin qalibi olan Azərbaycan dövlətinin, ordusunun qarşısında bu cür cinayətkar əməllərlə məşğul olan şəxslər dayana bilməz”, - deyə Mübariz Göyüşlü əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026