• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Qarabağda yeni gərginlik gözlənilir” -AÇIQLAMA

SİYASƏT

10 Mart 2023 | 15:22 | Müəllif: Qalib İbrahimoğlu

“Qarabağda yeni gərginlik gözlənilir” -AÇIQLAMA

Son zamanlar Ermənistan tərəfi yenə təxribatlara əl atır, cəbhəboyu ərazilərdə atəşkəsi pozmağa davam edir. Sülh sazişini imzalamaması üçün Ermənistanın vaxt uzatmaq çabaları hər kəsə məlumdur.

Bəs bu gərginlik nə vaxta qədər davam edəcək?

Politoloq Teymur Qasımlının Bakıvaxtı.az-a dediyinə görə, əvvəlcədən deyilirdi ki, 2023-cü ildə Azərbaycan və Ermənistan arasında gərginlik olacaq:

“Təəssüflər olsun ki, bu gərginliyin nəticəsi bizim iki əsgərimizin şəhid olması ilə özünü göstərdi”.

Azərbaycan və Ermənistan arasında yaxın zamanda sülh sazişinin imzalanacağını gözləmədiyini deyən T.Qasımlı, bunu Azərbaycanın heç bir şərtinin hələ yerinə yetirilməməsi ilə izah edir. Onun sözlərinə görə, düzdür, onlayn müzakirələr davam edir, biz də, onlar da öz şərtlərimizi irəli sürürük.

“Lakin hal-hazırda Qarabağda bizim həllini tapmayan məsələlərimiz var” deyən Teymur Qasımlı məhz buna görə, hələ iki ölkə arasında sühün olacağına inanmır.

“Ermənistan vaxt uzadır, Qərblə yaxınlaşır, əməkdaşlıq edir. Ortadakı gərginliyin olmasında Rusiyanın əli var. Çünki Rusiya sülhün olmasını istəmir. Bundan əlavə, Qərbin Ermənistan sərhədinə missiya gətirməsindən də Rusiya narahatdır. Ona görə də, Qarabağda hər hansı yeni gərginliyin olması gözlənilir. Ümumiyyətlə, Qarabağdan erməni seperatçıları çıxarılmadığı müddətcə, gərginlik daimi davam edəcək”, - deyə Teymur Qasımlı vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026