• Bakı 15° C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələrə qoşulub

İQTİSADİYYAT

20 Aprel 2024 | 15:28

Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələrə qoşulub

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüssel şəhərindəki mənzil qərargahında "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının İdarəetmə Komitəsinin 33-cü iclasında iştirak edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, Kioto Konvensiyasının ümumi və xüsusi əlavəsinin müvafiq fəsillərinə izahatların, arayışların yenilənməsi məqsədilə təşkil olunan tədbirdə DGK-nın Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev iştirak edib.

İclasda mənşə ölkəsi üzrə təlimatlar layihəsi, gömrük hüquqpozmaları, tranzit, gömrük anbarları və sərbəst zonalar, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub.

İclasda üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılaraq təklif və rəyləri dinlənilib.


SON XƏBƏRLƏR