Çin Xalq Bankı bençmark kredit faizlərini sabit saxlayıb.
Bakıvaxtı.az "Sabah"a istinadən bildirir ki, Çin Mərkəzi Bankı bir illik kredit faiz dərəcəsini (LPR) 3,45% səviyyəsində, beş illik LPR isə 3,95% səviyyəsində saxlamaq barədə qərar qəbul edib.
Çində yeni və ödənilməmiş kreditlərin əksəriyyəti bir illik LPR-ə əsaslansa da, beş illik faiz dərəcəsinin ipotekanın qiymətinə təsir edəcəyi gözlənilir.
Gülşən Şərif
















