• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

İQTİSADİYYAT

18 Iyun 2024 | 10:35

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 % artaraq 4 milyard 812,7 milyon manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 3 milyard 626 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,3 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 032 milyon manatı dövlət, 3 milyard 780,7 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

5 ayda hər bir ölkə sakini orta hesabla 472,3 manatlıq və yaxud 1 il əvvələ nisbətən 36,3 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026