• Bakı 17° C

    1.53 m/s

Azərbaycan millisi yoldaşlıq oyununda qələbə qazanıb - YENİLƏNİB

İDMAN

12 Sentyabr 2023 | 21:57 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi yoldaşlıq oyununda qələbə qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.

"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.

21:40

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan yığması yenidən hesabda önə keçib - 2:1. 

79-cu dəqiqədə Renat Dadaşov fərqlənib. 

21:16

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, rəqibin heyətində Nizar Əl Raşdan 57-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

21:04

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan yığması 1:0 hesabı ilə öndədir.

Emin Mahmudov 45+1-ci dəqiqədə penaltidən fərqlənib.

20:51

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan yığmasının heyətində Emin Mahmudov 45-ci dəqiqədə penaltidən fərqlənib.

Tərəflər fasiləyə bu hesabla yollanıblar. 



20:01

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın əvvəlində Mərakeşdə zəlzələ nəticəsində dünyasını dəyişənlər bir dəqiqəlik sükutla yad edilib.

Görüşü türkiyəli FIFA referisi Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

 

19:42

Beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və İordaniya millilərinin start heyətləri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.

İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, İhsan Haddad, Nizar Əl Raşdan, Raqayi Ayed, Musa Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026