• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gənc şahmatçımız dünya çempionu oldu

İDMAN

12 Oktyabr 2023 | 21:23 | Müəllif: Subhan Mahmudov

Gənc şahmatçımız dünya çempionu oldu

İtaliyada rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir.

Rapid üzrə 11 turun nəticələrinə əsasən Beydullayeva 9 xal toplayaraq 1-ci yeri tutub. Muradlı isə 6,5 xalla 8-ci yerdə qərarlaşıb.

Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.

Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026