• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Olimpiakos"- "Qəbələ" oyununun hakimləri MƏLUM OLDU

İDMAN

11 Noyabr 2023 | 17:19

"Olimpiakos"- "Qəbələ" oyununun hakimləri MƏLUM OLDU

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri köməklik göstərəcəklər.

Qeyd edək ki, noyabrın 29-da Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Qəbələdəki ilk oyunda Azərbaycan təmsilçisi 0:3 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026