• Bakı C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Azərbaycan və Niderland ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

SİYASƏT

15 Dekabr 2025 | 21:31

Azərbaycan və Niderland ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Niderlandın xarici ticarət və inkişafın təşviqi üzrə dövlət katibi Aukye de Vries Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aukje de Vries "X"də yazıb.

"Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla ticarət-iqtisadi əlaqələrimizin gücləndirilməsi, kənd təsərrüfatı sektorunda və dənizçilik sənayesində əməkdaşlıq perspektivləri barədə söhbət etdim. Biz həmçinin Cənubi Qafqazdakı geosiyasi hadisələri müzakirə etdik", – paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR

15 Dekabr 2025