• Bakı 18° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycan və Slovakiya Birgə Bəyannamə imzalaya bilər

SİYASƏT

07 May 2024 | 09:55

Azərbaycan və Slovakiya Birgə Bəyannamə imzalaya bilər

Hazırda Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması nəzərdən keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya biznes forumda deyib.

O vurğulayıb ki, ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib: “Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb. 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb”.

Nazir qeyd edib ki, bu saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.


SON XƏBƏRLƏR

18 May 2024