• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycan xalqının hüzn və kədərinə şərikik - Polşa Prezidenti

SİYASƏT

26 Dekabr 2024 | 18:27

Azərbaycan xalqının hüzn və kədərinə şərikik - Polşa Prezidenti

Polşa Respublikasının Prezidenti Andjey Duda Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda bildirilib:

    "Hörmətli cənab Prezident.

    Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

    Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.

    Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


    SON XƏBƏRLƏR

    26 Dekabr 2024