• Bakı 12° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Bu Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM

SİYASƏT

09 Aprel 2025 | 16:10

Bu Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib. 

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. 

Sərəncama əsasən, Komissiyanın sədri Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti, üzvləri isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru, 

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru, “Azərenerji” ASC-nin vitse-prezidenti, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, "PAŞA Holdinq" və "NEQSOL Holdinq" MMC-lərin Baş icraçı direktorlarıdır.


SON XƏBƏRLƏR

17 Aprel 2025