• Bakı 21° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

SİYASƏT

09 May 2025 | 09:39

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.

Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 May 2025