• Bakı 18° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Qazaxda ağır qəza - 4 nəfər xəsarət aldı

HADİSƏ

08 May 2025 | 23:29

Qazaxda ağır qəza - 4 nəfər xəsarət aldı

Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində olub. 

Belə ki, 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi “VAZ 21099” markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, həmçinin maşında olan 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb./“Qafqazinfo”


SON XƏBƏRLƏR

08 May 2025