• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İnsan alverində ittiham olunan qadın məhkum edildi

HADİSƏ

07 Iyun 2025 | 14:21

İnsan alverində ittiham olunan qadın məhkum edildi

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən R.Əmiraslanova tutulub.

Bakıvaxtı.az xəbər verir ki, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin hökmünə əsasən R.Əmiraslanova Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinib və 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


SON XƏBƏRLƏR