• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

07 Iyun 2025 | 15:26 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb - YENİLƏNİB

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bunlar Biləsuvar rayon sakinləri, 1978-ci il təvəllüdlü İsayev Elnur Əlixan oğlu, 1982-ci il təvəllüdlü İsayeva Günay Valeh qızı, 2006-ci il təvəllüdlü İsayeva Nurlanə Elnur qızı, 2010-cu il təvəllüdlü İsayeva Elmira Elnur qızı və 1992-ci il təvəllüdlü Cəfərov İqbal İlham oğludur.

Faktla bağlı araşdırma aparılır.

***

13:12

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR