• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

İDMAN

23 Mart 2023 | 15:44

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər.

AFFA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar.

Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək.

Bundan üç gün sonra komandaların ikinci duelinə Əli Əliyev hakimlik edəcək. Orxan İbişovla Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.


SON XƏBƏRLƏR

25 Aprel 2024