• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" "Zirə" ilə oyunda xal itirdi

İDMAN

21 Aprel 2023 | 22:12 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Zirə" ilə oyunda xal itirdi

Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Hesabı 54-cü dəqiqədə meydan sahiblərindən Marko Yankoviç açıb. 5 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə "qartallar" buraxılan qollardan birinin əvəzini çıxıb. Hamidu Keyta adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Eldar Quliyev yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 42 xalı olan "Zirə" isə 5-ci sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026