• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub etdi

İDMAN

21 May 2023 | 20:40 | Müəllif: Subhan Mahmudov

Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub etdi

Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, turun açılış matçı Qəbələdə oynanılıb.

Stadionu təmirdə olan “Kəpəz” bu şəhərdə “Neftçi” ilə qarşılaşıb.

Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı “Kəpəz” açıb. Abdullah Şuaybu 45+3-cü dəqiqədə fərqlənib. “Neftçi” 65-ci dəqiqədə Ata Caber, 89-cu dəqiqədə Ömər Buludov, 90+4-cü dəqiqədə isə Kilan Lebonun qolları ilə qələbəni təmin edib.

Qeyd edək ki, bir neçə tur öncədən bürünc medalları təmin edən “Neftçi” xallarının sayını 65-ə yüksəldib. “Kəpəz” isə 30 xalla 7-cidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR