• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

UEFA AVRO-2024-ün maskotunu təqdim etdi

İDMAN

20 Iyun 2023 | 12:31

UEFA AVRO-2024-ün maskotunu təqdim etdi

UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotunu təqdim edib.

Bakıvaxtı.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, oyuncaq ayı olan talisman ilk dəfə Gelzenkirxendəki ibtidai məktəblərdən birində təqdim olunub.

Növbəti iki həftə ərzində UEFA-nın saytında yeni maskotun adı ilə bağlı azarkeşlər arasında səsvermə keçiriləcək.

Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026