• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Rizəspor" Medinanı bu tarixədək transfer edə bilər

İDMAN

20 Iyul 2023 | 12:16

"Rizəspor" Medinanı bu tarixədək transfer edə bilər

Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanı avqusta qədər transfer etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hasan Yavuz məlumat verib.

Klub rəsmisi bildirib ki, “Qarabağ”la danışıqları yekunlaşdırmaq üçün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la oyunu gözləyiblər: “Medina çox dəyərli futbolçudur. Həm oyunçunun özü ilə, həm də “Qarabağ”la görüşümüz olub. Danışıqları yekunlaşdırmaq üçün “Linkoln”la görüşü gözləyirdik. Tezliklə bəzi məsələlərin dəqiqləşəcəyini düşünürəm”.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da mətbuata açıqlamasında Kevin Medina üçün ciddi təkliflər aldıqlarını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026