• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Qarabağ"ın Bakıdakı oyunu ispaniyalı hakimə tapşırılıb

İDMAN

18 Avqust 2023 | 13:28 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın Bakıdakı oyunu ispaniyalı hakimə tapşırılıb

"Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar müəyyənləşib.

Bakıvaxtı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Alexandro Ernandesə Xose Naranyo və Dieqo Sançes Royo laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüş avqustun 24-də gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR