• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Modriç Emrelinin komanda yoldaşı ola bilər

İDMAN

16 Sentyabr 2023 | 14:45

Modriç Emrelinin komanda yoldaşı ola bilər

İspaniya "Real"ının xorvatiyalı ulduz futbolçusu Luka Modriç ölkəsinin "Dinamo" klubuna qayıda bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin İdarə Heyətinin sədri Vlatko Peras "İndex" nəşrinə müsahibəsində bildirib.

O, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini söyləyib: "Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"

Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib. 2018-ci ildə "Qızıl top"u qazanan 38 yaşlı yarımmüdafiəçinin "Rea" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Dinamo"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026