• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

İDMAN

16 Oktyabr 2023 | 11:43 | Müəllif: Subhan Mahmudov

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Azərbaycanın çimərlik güləşçisi İbrahim Yusubov ardıcıl 2-ci dəfə dünya çempionu olub.

Bakıvaxtı.az bildirir ki, o, Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən yarışda buna nail olub.

İ.Yusubov 90 kq çəki dərəcəsində Dünya Seriyasının Final mərhələsində gümüş medal qazanıb. Seriyanın 5 mərhələsinin yekununa əsasən, hamıdan çox xal toplayan güləşçi dünya çempionu titulunu qoruyub.

Əvvəlki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb. O, bu dəfə bürünc mükafata sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026