• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çelenc Kuboku: “Azərreyl” bu gün cavab oyununa çıxacaq

İDMAN

15 Noyabr 2023 | 09:19

Çelenc Kuboku: “Azərreyl” bu gün cavab oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda bu gün növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Cengiz Akarçeşm'nin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR