• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ən çox qazanc əldə edən 10 klub - SİYAHI

İDMAN

14 Dekabr 2023 | 17:59

Ən çox qazanc əldə edən 10 klub - SİYAHI

Cari mövsümdə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ən çox qazanc əldə edən klubların adları açıqlanıb.

Bakıvaxtı.az AS nəşrinə istinadən xəbər verir ki, siyahıya İspaniyanın “Real” klubu başçılıq edir.

Madrid təmsilçisinin qrup mərhələsindəki gəliri 79,89 milyon avro olub. Bunun 15,6 milyonu qrupda iştiraka görə verilib. “Kral klubu” hər qələbəyə görə 2,8 milyon, pley-offa vəsiqəyə görə isə 9,8 milyon avro alıb. Son 10 ildə Çempionlar Liqasındakı çıxışa əsasən hesablanan əmsallardan asılı olaraq, bonus kimi daha 36,4 milyon avro büdcəyə köçürüləcək. Digər gəlirlər isə ümumi bonuslar hesab olunur.

ÇL-in qrupunda ən çox qazanc əldə edən 10 klub:

1. “Real” (İspaniya) – 79,89 milyon avro

2. “Bavariya” (Almaniya) – 76,64 milyon

3. “Mançester Siti” (İngiltərə) – 76,48 milyon

4. “Barselona” (İspaniya) – 71,53 milyon

5. “Atletiko” (İspaniya) - 71,11 milyon

6. PSJ (Fransa) – 63,89 milyon

7. “Portu” (Portuqaliya) – 63,57 milyon

8. “Borussiya” (Dortmund, Almaniya) – 63,52 milyon

9. “Arsenal” (İngiltərə) – 63,36 milyon

10. “Napoli” (İtaliya) – 58,04 milyon


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026