• Bakı 15° C

    1.74 m/s

"Qalatasaray"ın prezidenti hakimləri tənqid edib

İDMAN

12 Yanvar 2024 | 23:00 | Müəllif: Subhan Mahmudov

"Qalatasaray"ın prezidenti hakimləri tənqid edib

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbək Superliqada hakim idarəçiliyindən narazıdır.

Bakıvaxtı.az xəbər verir ki, funksioner bu barədə mətbuat konfransında açıqlama verib.

O, İstanbul derbilərində hücumçuları Mauro İkardiyə qarşı ciddi qayda pozuntularının olduğunu iddia edib: "Beşiktaş"la matçda onun ayağını qırdılar, hakim görmədi. "Fənərbağça" ilə görüşdə gözünü kor etməyə çalışdılar, referi yenə görmədi. Nə VAR (Video Köməkçi Hakim) bunları aşkarladı, nə də hakim gördü".

Qeyd edək ki, "Qalatasaray" Superliqada 19 oyundan sonra 48 xalla ikinci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026