• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ançelotti 20 il əvvəlki rekordunu təkrarladı

İDMAN

11 Fevral 2024 | 14:26 | Müəllif: Subhan Mahmudov

Ançelotti 20 il əvvəlki rekordunu təkrarladı

Xəbər verdiyimiz kimi "Real" La Liqanın 24-cü turunun matçında "Jirona"nı darmadağın edib (4:0).

Bakıvaxtı.az xəbər verir ki, Karlo Ançelottinin komandası bu mövsüm ölkə çempionatında 24 oyunda 19 qələbə qazanıb, 4 heç-heçə edib və 1 məğlubiyyətlə üzləşib.

Bu, italiyalı mütəxəssisin ölkə çempionatlarında ən yaxşı nəticəsinin təkrarıdır. 

24 turdan sonra Ançelotti 2003/04 mövsümündə Milan ilə A Seriyasında oxşar nəticə əldə edib.

Qeyd edək ki, "Real" 61 xalla La Liqada 1-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026