• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Emin Mahmudovun son durumu açıqlandı

İDMAN

12 Mart 2024 | 14:25

Emin Mahmudovun son durumu açıqlandı

“Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, Premyer Liqanın XXVI turunda “Kəpəz”lə səfər oyununda zədələnən yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunub.

31 yaşlı futbolçunun bağlarında ciddi zədə olmadığı bildirilib. Artıq müalicə prosesinə başlanılıb. Emin Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.

Qeyd edək ki, Emin Mahmudov 3:3 hesabı ilə yekunlaşan “Kəpəz”lə görüşün 78-ci dəqiqəsində əvəzlənib. “Ağ-qaralar” növbəti matçını martın 15-də “Səbail”ə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026