• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanın güləş milliləri toplanışa başlayacaqlar

İDMAN

11 Aprel 2024 | 00:44 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın güləş milliləri toplanışa başlayacaqlar

Azərbaycanın güləş milliləri bu gün növbəti təlim-məşq toplanışına start verəcəklər.

Bakıvaxtı.az-ın xəbərinə görə, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər.

Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dən dəvət edilən mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər həyata keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlərə də yer ayrılacaq.

Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalar növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026