• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər

İDMAN

10 May 2024 | 16:05

Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər

İtaliyanın "Napoli" klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirə bilər.

Bakıvaxtı.az "RMC Sport"a istinadən xəbər verir ki, gürcüstanlı futbolçu Paris klubunun əsas transfer hədəfidir.

PSJ-nin nümayəndələrinin artıq Kvaratsxeliyanın yaxın ətrafı ilə görüşdükləri, futbolçunun da Liqa 1 təmsilçisinə keçməyə müsbət yanaşdığı bildirilib.

Qeyd edək ki, X.Kvaratsxeliya 2022-ci ildə 10 milyon avro qarşılığında Batumi "Dinamo"sundan "Napoli"yə transfer olunub. Bu mövsüm o, neapolluların heyətində meydana çıxdığı 42 oyunda 10 qola, 9 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.


SON XƏBƏRLƏR