• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Azərbaycan güləşçisi reytinq turnirinin qalibi oldu

İDMAN

08 Iyun 2024 | 23:06 | Müəllif: Subhan Mahmudov

Azərbaycan güləşçisi reytinq turnirinin qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal görüşündə moldovalı Viktor Kiobanu ilə qarşılaşıb.

Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn idmançımız reytinq turnirinin qalibi olub.

Beka Kandelaki (130 kiloqram) isə ilk qarşılaşmada məğlubiyyətə üzülüb.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR