• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiya FIDE üzvlüyündən çıxarılıb

İDMAN

08 Iyun 2024 | 16:01 | Müəllif: Gülşən Şərif

Rusiya FIDE üzvlüyündən çıxarılıb

Rusiya iki il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) üzvlüyündən çıxarılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib.

Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.

Bununla yanaşı, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə Rusiya Şahmat Federasiyasının Himayəçilər Şurasının üzvü olduğuna görə töhmət elan edilib.

Qeyd edək ki, sözügedən qərar avqust ayından qüvvəyə minəcək. (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026