• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Azərbaycan millisi 8 il sonra Avropa çempionatında qızıl medal qazandı

İDMAN

10 May 2024 | 17:55

Azərbaycan millisi 8 il sonra Avropa çempionatında qızıl medal qazandı

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatını Azərbaycan 3 medalla tamamlayıb.

Bakıvaxtı.az Azərbaycan Sambo Federasiyasına istinadən xəbər verir ki, idmançılarımız 1 qızıl və 2 bürünc medal qazanıb.

2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Xatırladaq ki, sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.


SON XƏBƏRLƏR