• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

İDMAN

11 Aprel 2024 | 13:25

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2.

Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarın 27-nə təsadüf edir. Xavinin yetirmələri həmin gün İspaniya çempionatında "Vilyarreal"a 3:5 hesabı ilə uduzub.

44 yaşlı mütəxəssis məhz bu görüşdən sonra mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. "Barselona" həmin vaxtdan bəri keçirdiyi 12 oyunda 9 qələbə, 3 heç-heçə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR