• Bakı 24° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Marko Roys "İnter Mayami"yə keçə bilər

İDMAN

11 May 2024 | 12:17

Marko Roys "İnter Mayami"yə keçə bilər

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys karyerasını ABŞ-nin "İnter Mayami" kollektivində davam etdirə bilər.

Bakıvaxtı.az  xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Türkiyə Superliqa təmsilçilərinin bir neçəsi 34 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

2024-cü ilin yayında azad agent kimi komandadan ayrılacaq futbolçunun hansı klubu seçəcəyi maraq doğurur.

Qeyd edək ki, M.Roys cari mövsüm dortmundluların heyətində 39 matçda meydana çıxıb və 8 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR