Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Həsrət Cəfərov finalda misirli Mustafa Alameldinə 5:2 hesabıyla qalib gəlib. O, bu nəticə ilə reytinq turnirində çempion olub.
Daha əvvəl Eldəniz Əzizli reytinq turnirində sonuncu - 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb
***19:36
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində sonuncu - 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.
E.Əzizli maksimum nəticəylə reytinq turnirində çempion olub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.







jpg-1720530057.webp)








