• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanın 8 karateçisi Türkiyədə mübarizə APARACAQ

İDMAN

11 Mart 2024 | 23:35 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın 8 karateçisi Türkiyədə mübarizə APARACAQ

Türkiyənin Antalya şəhərində keçiriləcək karate üzrə Premyer Liqa turnirində Azərbaycanın 8 təmsilçisi mübarizə aparacaq.

Bakıvaxtı.az Dünya Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, reytinq yarışında Roman Heydərov katada bacarığını göstərməyə çalışacaq.

Kumitedə Fərid Savadov, Əminağa Quliyev (hər ikisi 60 kq) Tural Ağalarzadə (67 kq),Turqut Həsənov (84 kq), həmçinin Renata Ərəbli (61 kq), Mədinə Sadıqova (55 kq) və Fidan Teymurova (50 kq) mübarizə aparacaq.

Yarış martın 15-17-də təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026