İspaniya nəhəngi “Real Madrid”də ciddi itki baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Antonio Rudiger zədələnib.
Müdafiəçi La Liqanın XXIV turunun “Jirona” ilə matçını buraxacaq. Almaniyalı futbolçu ən azı iki həftə meydanlardan kənar qalacaq.
Qeyd edək ki, həmin görüş bu gün keçiriləcək.
















