• Bakı 23° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Boksçumuz ermənini məğlub etdi - VİDEO

İDMAN

11 Mart 2024 | 09:32

Boksçumuz ermənini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR