• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanın 14 boks hakimi beynəlxalq dərəcə alıb

    İDMAN

    09 Aprel 2024 | 11:42

    Azərbaycanın 14 boks hakimi beynəlxalq dərəcə alıb

    Bakıda keçirilən boks üzrə birinci ulduz kateqoriyalı beynəlxalq hakimlik imtahanının nəticələri açıqlanıb.

    Bakıvaxtı.az-a Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, “Böyük İpək Yolu” çərçivəsində baş tutan sınaqda iştirak edən 17 azərbaycanlı ədalət təmsilçisindən 14-ü Beynəlxalq Boks Assosiasiyasından müsbət cavab alıb.

    Nəticədə hakimlər Fərhad Rəhmanov, Məsməxanım Səlimova, Sərraf Səmədov, Asif Məmmədov, Nəsrəddin Məmmədov, İlqar Qasımzadə, Stanislav Krılov, Ramiz Yangəliyev, Samir Baxışov, Babaəli Səlimzadə, Şaban Şahpələngov, Famil Babayev, Eltac Əliyev və Laçın Baxışovun beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib. Eyni vaxtda 14 referinin dərəcə alması dünya praktikasında ilklərdəndir.

    Federasiyadan bildirilib ki, həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026